İDMAN
Fabio Kuartararo MotoGP üzrə mövsümün ikinci Qran-Prisinin qalibi olub
![Fabio Kuartararo MotoGP üzrə mövsümün ikinci Qran-Prisinin qalibi olub](/files/2021/1/1200x630/16176274185793561060_1200x630.jpg)
Bakı, 5 aprel, AZƏRTAC
Qətərin paytaxtı Dohada MotoGP üzrə mövsümün ikinci Qran-Prisi başa çatıb. “Losal” avtodromunndakı yarışda azarkeşlər maraqlı mübarizənin şahidi olublar.
AZƏRTAC xəbər verir ki, şənbə günü keçirilən təsnifat mərhələsində “Pramak Dukati” komandasının üzvü Xorxe Martin pol-pozişnı ələ keçirsə də, həlledici yarışda vəziyyət dəyişib. Yarışın gedişində liderliyi əldən verən ispaniyalı pilot son dövrədə komanda yoldaşı Joan Zarkonun gerisində qalaraq 3-cü pilləni tutub. Qran-Prinin qalibi isə Fabio Kuartararo olub. O, finiş xəttini 42 dəqiqə 23 saniyəyə keçib. Ötən mövsüm “Suzuki” ilə dünya çempionu olan ispaniyalı pilot Joan Mir isə 7-ci yeri tutub. Mir ötən həftə Qətər Qran-Prisində 4-cü yer tutaraq fəxri kürsüyə yüksələ bilməmişdi. Ötən həftəki Qran-Prinin qalibi olan “Yamaha” pilotu Maverik Vinyales bu dəfə finiş xəttini 5-ci keçib. MotoGP üzrə 9 qat dünya çempionu Valentino Rossi isə yarışa 21-ci sırada başlasa da, onu 16-cı yerdə başa vurub.
Ümumilikdə 22 pilot arasında finiş xəttini yalnız Aleks Markes və İker Lekouna keçə bilməyiblər.