İDMAN
Fərid Nəbiyev millimizin toplanışında iştirak etməyəcək
![Fərid Nəbiyev millimizin toplanışında iştirak etməyəcək](/files/2020/3/1200x630/16019882385671633152_1200x630.jpg)
Bakı, 6 oktyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Fərid Nəbiyev millinin toplanışında iştirak edə bilməyəcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən futbolçu oktyabrın 6-da Slovakiyada milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində COVID-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.
Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [21:36]
Azərbaycan güləşçisi Avropa üçüncüsü olub
- 02.07.2024 [20:59]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]