FHN əməkdaşları 750 ailəyə ərzaq yardımı çatdırıblar
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Bakı şəhərinin Xəzər rayonunda keçirilib. Belə ki, rayon ərazisində yaşayan, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq sosial izolyasiya şəraitində evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. 750 ailəyə yardım çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.