FHN-in əməkdaşları Sumqayıtda 23 yaşadək cüdoçular arasında ölkə çempionatında iki medal qazanıblar
Bakı, 14 iyun, AZƏRTAC
Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda 48 komandanın tərkibində 335 idmançı mübarizə aparıb.
Yarışda FHN-in İdman-sağlamlıq klubunun komandası məşqçi-müəllim Taleh Sadıqovun rəhbərliyi ilə gücünü sınayıb. Klubun üzvlərindən Samir Ağayev (81 kq) qızıl, Coşqun Abdullayev isə (90 kq) bürünc medal qazanıblar.
Qaliblərə diplom və medallar təqdim olunub.