CƏMİYYƏT
FHN: Ötən sutka köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas edilib
Bakı, 17 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas edilib, bir nəfərin meyiti isə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.