FHN: Yasamal rayonunun 2-ci Alatava adlanan ərazisində silah aşkar edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun 2-ci Alatava adlanan ərazisində silahın aşkar edilməsi barədə məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış silahın istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 millimetr kalibrli ov tüfəngi olduğu müəyyənləşdirilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri silahı ərazidən götürərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil veriblər.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.