FHN: Yasamalda çoxmənzilli binada yanğının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülür
Bakı, 25 fevral, AZƏRTAC
Yasamal rayonunda Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülür.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, binada elektrik kabellərində tüstülənmə var. Əlavə məlumat veriləcək.