FİLARMONİYANIN SƏHNƏSİNDƏ MOTSART VƏ BETHOVENİN ƏSƏRLƏRİ SƏSLƏNƏCƏK
AZƏRTAC xəbər verir ki, gecədə Motsartın 27-ci və Bethovenin 5-ci konsertləri səslənəcəkdir. Qeyd edək ki, Petrovun repertuarında təxminən 50 solo proqramı və orkestrlə 55 konsert var. O, son üç mövsüm ərzində Baxın, Bethovenin və Raxmaninovun bütün fortepiano konsertlərini ifa etmişdir. İngiltərənin “Olimpiya” və Rusiyanın “Melodiya” firmalarının diskləri də daxil olmaqla, onun 20-dən çox kompakt-diski buraxılmışdır. Dünya mətbuatında və yerli mətbuatda pianoçunun yaradıcılığına həsr edilmiş çoxsaylı məqalələr, resenziyalar dərc olunmuşdur.
Nikolay Petrov indiyədək Svetlanov, Kondraşin, Temirkanov, Arvid və Maris Yansonlar, Koqan kimi dirijorlar, habelə Nyu-York simfonik, Vaşinqton Milli simfonik, Los-Anceles orkestrləri, Avropanın ən yaxşı kollektivləri ilə çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]