Filippin prezidenti karantin rejimini pozanları sərt tədbirlərlə hədələyib
Bakı, 17 aprel, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte əhalinin ölkədəki karantin rejiminə əməl edilməyəcəyi təqdirdə hərbçilərə və polislərə hərbi vəziyyətə bənzər məcburi tədbirlər görmək barədə əmr verəcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC “Philippine Daily Inquirer” qəzetinə istinadla xəbər verir ki, aprelin 16-da Rodriqo Duterte əhaliyə müraciət edərək onları koronavirusun yayılmasına qarşı tədbirlər həyata keçirilən müddətdə intizamlı olmağa çağırıb.
“Mən sizdən intizamlı olmağı xahiş edirəm. Əgər bunu etməsəniz... hərbçilər və polis bunu öz nəzarətinə götürəcək. Mən onlara hazır olmağı əmr edirəm. Bu, hərbi vəziyyət kimidir. Seçim sizindir”, - deyə prezident bildirib.
Bir qədər əvvəl prezident administrasiyası karantin qaydalarının pozulması halları davam edərsə, Filippin hökumətinin “tam izolyasiya” rejiminin tətbiqi imkanlarını müzakirə etdiyini bildirib. Nəşrin məlumatına görə, təkcə Luson adasında 100 min qayda pozucusu müəyyən olunub.
Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, Filippində 5 min 878 yoluxma və 387 ölüm faktı qeydə alınıb, 487 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]