FİNLANDİYA PREZİDENTİ TARYA HALONEN ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞDİR
Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen sentyabrın 29-da, Azərbaycana rəsmi səfərinin birinci günü Heydər Əliyev adına Sarayın qarşısındakı parka gəlmişdir.
Burada ali qonağı və onu müşayiət edən şəxsləri Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və xarici işlər nazirinin müavini Xələf Xələfov qarşıladılar.
Finlandiya dövlətinin başçısı ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət etdi, dünya şöhrətli siyasətçinin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydu.