FİNLANDİYA PREZİDENTİNİN ŞƏRƏFİNƏ
Sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Finlandiya Prezidenti xanım Tarya Halonenin və onun həyat yoldaşı Pentti Arayarvinin şərəfinə Yaxt-klubda rəsmi qəbul təşkil edilmişdir.
Salona toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və Prezident Tarya Halonen qəbulda nitq söylədilər.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).