Finlandiyada parlament seçkilərində səsvermə başa çatıb
Bakı, 2 aprel, AZƏRTAC
Finlandiyada parlament seçkilərində səsvermə başa çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. İlkin nəticələrin bazar günü axşam açıqlanacağı gözlənilir. Yekun nəticələr aprelin 5-də açıqlanacaq.
Seçkilərdə qeydə alınmış 22 partiyadan 2424 namizəd iştirak edib. Martın 22-dən 28-dək keçirilmiş erkən səsvermə zamanı sakinlərin 39,8 faizi (1 701 525 seçici) öz mövqeyini ifadə edib ki, bu da ölkə üçün yeni rekorddur.
Finlandiyada əvvəlki parlament seçkiləri 2019-cu ilin yazında keçirilib. Nəticədə beş partiyanın nümayəndələrindən hökumət formalaşdırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]