Finlandiyada Respublika Gününə həsr olunmuş bilbordlar quraşdırılıb
Bakı, 28 may, AZƏRTAC
Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzində dəmir yolu vağzalında və metro stansiyasında, metro, tramvay və qatarlarda “28 May - Azərbaycanın Respublika Günü!” yazılmış rəqəmsal lövhələr quraşdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, insanların sıx olduğu yerdə quraşdırılan ekranlarda nümayiş etdirilən bilbordlar Helsinki sakinlərinin və turistlərin marağına səbəb olub.
Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə həyata keçirilib.