“flydubai” MCAP şirkəti ilə 80 milyon dollar dəyəri olan müqavilə imzalamışdır
Bakı, 8 may (AZƏRTAC). “flydubai” şirkəti təyyarələrin icarəsi sahəsində çalışan MC Aviation Partners (MCAP) şirkəti ilə dəyəri 80 milyon ABŞ dolları olan müqavilə imzalamışdır.
“flydubai” şirkətinin Bakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, müqavilə şirkətə bu il üçün nəzərdə tutduğu B737-800NG tipli təyyarələr almaq imkanı verəcəkdir.
Səkkiz il müddətinə bağlanan satış və yenidən icarəyə vermə haqda müqavilə “flydubai” şirkətinin sayca 10-cu olan yeni “Boeing 737-800NG” təyyarəsinin alınması üçündür. 2011-ci ildə şirkətə çatdırılacaq təyyarə yeni Boeing Sky İnterior uçuş əyləncə sistemi ilə təchiz edilmişdir.
Yeni təyyarə “flydubai” şirkətinin artan imkanlarını dəstəkləyəcək və şirkətə bu ilin dekabrında çatdırılacaqdır. “flydubai” şirkəti 2012-ci il üçün maliyyə xərclərinin ödənilməsi ilə bağlı tenderi bu yaxınlarda elan edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]