Formula 1 Mayami Qran-Prisinin təşkilinin İmolada elan edilməsi gözlənilir
Bakı, 16 aprel, AZƏRTAC
Formula 1 həftə sonu Emiliya Romanya Qran-Prisi zamanı ABŞ-ın Florida ştatındakı Mayami şəhərində Qran-Pri turnirinin keçirilməsini elan edə bilər.
AZƏRTAC “Autoweek” nəşrinə istinadla xəbər verir ki, son bir neçə il ərzində layihəni hazırlayan “Liberty Media”nın rəhbəri Qreq Maffei və Formula 1-in keçmiş icraçı direktoru Çeyz Keri İmolaya gələcəklər.
Qeyd edək ki, aprelin 14-də təşkilatçılar bir neçə şərti nəzərə alaraq Mayami-Qardens şəhər soveti ilə yarışın təşkili ilə bağlı razılığa gələ biliblər. Təşkilatçılar səs-küyün azaldılması üçün xüsusi maneələr yaradacaq, şəhərin iqtisadiyyatına sərmayə qoyulması (beş il ərzində güzəştli proqramlara təxminən 5 milyon dollar xərcləyəcəklər), sakinlərə biletlərdə endirimlər edilməsi, sovetliyin məktəb və kolleclərinin ən yaxşı məzunlarından minimum 5-nin təhsil haqqının ödənilməsi ilə bağlı tədbirlər həyata keçirəcəklər.
Mayami Qran-Prisinin 2022-ci il mövsümündə keçirilməsi planlaşdırılır. Yarış gələn ilin yazında baş tuta bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]