“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının vaxtı müəyyənləşib VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının Parisdə iclası keçirilib.
AZƏRTAC “f-1.az” saytına istinadla xəbər verir ki, iclasda gələn ilki çempionatın təqvimi təsdiq olunub. Təqvimin ilkin versiyası ilə müqayisədə 8 yarışın yeri dəyişdirilib. Mövsüm apreldə deyil, martın 20-də Melburnda start götürəcək.
Debüt Bakı Qran-prisi iyuldan iyuna keçirilib. Bakı bu mötəbər yarışı iyunun 19-da qəbul edəcək. Avropada daha bir mötəbər avtomobil yarışının - 24 saatlıq Le-Man turnirinin finişinin də Avropa Qran-prisinin finişi ilə üst-üstə düşməsin deyə Bakıda yarışın startı xeyli irəli çəkilib.
Yay fasiləsinin də tarixi dəyişdirilib. Hokkenhaymda Almaniya Qran-prisi iyulun 31-də, növbəti Belçika Qran-prisi isə avqustun 28-nə təyin olunub. Malayziya Qran-prisi oktyabrın 2-də baş tutacaq. Mövsüm noyabrın 27-də Abu-Dabidə başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]