Formula 2: “Prema” komandası 2022-ci il mövsümü üçün heyətini açıqlayıb
Bakı, 14 yanvar, AZƏRTAC
Formula 3 yarışının 2021-ci il mövsümünün qalibi Dennis Hauqer karyerasını Formula 2-də davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, norveçli pilot 2022-ci il mövsümündə “Prema” komandasında çıxış edəcək. D.Hauqer İtaliya təmsilçisi ilə müqavilə imzalayıb.
D.Hauqer cari mövsüm “Prema”nın heyətində hindistanlı Cehan Daruvala ilə birgə mübarizə aparacaq. C.Daruvala ötən iki mövsümü “Carlin” komandasının heyətində keçirib.
Hər iki pilot “Red Bull”un gənclər proqramının üzvüdür.
Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]
Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq
- 20.09.2025 [13:53]
Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi olub
- 19.09.2025 [21:49]
Formula 1 Azərbaycan Qran-Prisinin zərif “iştirakçısı”
- 19.09.2025 [18:09]
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
- 19.09.2025 [17:06]