FORUM İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ
Martın 9-da “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu iştirakçılarının şərəfinə rəsmi ziyafət verilmişdir.Prezident İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt və onların xanımları ziyafətdə iştirak etmişlər.
Dövlətimizin başçısı İlham Əliyev ziyafətdə nitq söyləmişdir.
X X X
Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu münasibətilə gecə saat 23.00-da Milli Parkda möhtəşəm atəşfəşanlıq olmuşdur.
Paytaxtımızın sakinləri və forumun iştirakçıları atəşfəşanlığı seyr etmişlər.