CƏMİYYƏT
Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edib
![](/files/galleryphoto/2023/3/1200x630/17008304294968933282_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700830429333536632_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008304294011148016_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008304293297551786_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008304296212427687_1200x630.jpeg)
Bakı, 24 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 24-də Quba şəhərində Heydər Əliyev Mərkəzinin binasında Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra qəbula gələn Quba və Qusar rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşların müraciətlərini dinləyiblər.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.