Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı fəxri ad və medallarla təltif edilib
Bakı, 31 dekabr, AZƏRTAC
Dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşını xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunmasına dair sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, dörd nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Həmçinin 11 nəfər “Hərbi xidmətlərə görə”, altı nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, bir nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medallarına layiq görülüb.
Bundan başqa, iki nəfərə “Əməkdar həkim”, beş nəfərə isə “Əməkdar mühəndis” fəxri adı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]