İDMAN
“France Football” nəşri tarixin ən yaxşı 10 qapıçısının adını açıqlayıb
![“France Football” nəşri tarixin ən yaxşı 10 qapıçısının adını açıqlayıb](/files/2020/3/1200x630/16019964213559619786_1200x630.jpg)
Bakı, 6 oktyabr, AZƏRTAC
Fransanın “France Football” nəşri tarixin ən yaxşı 10 qapıçısının adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda SSRİ milli komandasının heyətində 1960-cı ildə Avropa çempionu olan Lev Yaşində var. Yaşindən əlavə ən yaxşı qapıçıların siyahısında ingiltərəli Qordon Banks, italiyalı Canluici Buffon və Dino Zoff, ispaniyalı İlker Kasilyas, almaniyalı Sepp Mayer və Manuel Noyer, kamerunlu Tom N'Kono, danimarkalı Peter Şmeyxel və niderlandlı Edvin van der Sar yer alıblar.
Siyahıda hazırda yaşıl meydanlara çıxış edən yeganə futbolçular “Bayern Münhen”in qapıçısı Manuel Noyer və “Yuventus”un qolkiperi Canluici Buffondur.
Qeyd edək ki, L.Yaşin 1963-cü ildə Fransa Futbol mükafatı olan “Qızıl Top”u alıb. O, bu mükafatı alan yeganə qapıçıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:59]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]