Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur
Berlin, 25 avqust, AZƏRTAC
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində “Almaniyada evimiz. Birlikdə necə yaşayırıq” adlı tədbirdə çıxışında miqrant mənşəli vətəndaşların cəmiyyətdə bərabər hüquqlara malik olduğunu vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Prezident Almaniyada birinci və ikinci dərəcəli vətəndaşların olmadığını bildirib. O, Almaniya Konstitusiyasının “eyni qandan olan xalq” anlayışını qəbul etmədiyini diqqətə çatdıraraq deyib: “Bizi alman edən nənə-babalarımızın mənşəyi və ya qanımız deyil, vətəndaşlıq, ümumi dil və azadlıq şəraitində birlikdə yaşamaq iradəsidir”.
Prezident bildirib ki, Almaniya vətəndaşlığını sonradan əldə edən şəxslərlə doğuşdan Almaniya vətəndaşı olanlar bərabər hüquqlara malikdirlər. Onun sözlərinə görə, vətəndaşlığı kateqoriyalara ayırmaq ölkənin konstitusiya quruluşuna ziddir.
Təhsil, mənzil və səhiyyə xidmətlərinə çıxışın hamı üçün bərabər olmasının vacibliyini qeyd edən Frank-Valter Ştaynmayer Almaniyanın əmək bazarının miqrasiyaya ehtiyac duyduğunu vurğulayıb. “Mən elə bir Almaniya arzulayıram ki, burada hər kəs vətəndaşların bərabərliyi vədinə sadiq qalsın və etnik təcrid xülyalarına qapılan hər kəsi rədd etsin”, - deyə Almaniya Prezidenti qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:59]
Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb
- 25.08.2026 [18:11]
Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq
- 25.08.2026 [17:04]
Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb
- 25.08.2026 [15:20]
Almaniya daha 23 əfqan miqrantı deportasiya edib
- 25.08.2026 [15:13]
Fransa kiberhücumlar qarşısında zəifliyini etiraf edir
- 25.08.2026 [15:11]
Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb
- 25.08.2026 [13:59]