Fransa Afrikada ləkələnmiş nüfuzunu bərpa etmək istəyir
Paris, 1 mart, AZƏRTAC
Fransanın Afrika ölkələri ilə münasibətlərdə dönüş nöqtəsi yaratmaq istədiyi hiss olunur. Barxanə əməliyyatının uğursuzluğa düçar olduğu və qitədə xarici ölkələrin üstünlüyünün sürətlə artdığı bir vaxtda Emmanuel Makron Afrikada ölkəsinin ləkələnmiş imicini bərpa etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti “Afrikada ləkələnmiş üçrəngli gerbimizin əvvəlki vəziyyətin bərpa edin” çağırışını səsləndirib. Bu məqsədlə ilk növbədə Fransa ordusunun Afrikadakı 5 daimi bazasında hərbi mövcudluq haqqında yenidən düşünmək və hərbçilərin sayını azaltmaq fikri irəli sürülüb. Ancaq bu gün Afrikada 6 mindən çox fransız əsgəri olsa da, islahatdan sonra onların sayının nə qədər olacağı hələ məlum deyil.
Barxanə əməliyyatında fransız ordusunun uğursuzluğu etiraf edilib. Afrikadakı bazaların hərbi akademiyalara, məktəblərə çevriləcəyi bildirilib.
Reallıq isə bundan ibarətdir ki, qitədə Fransaya qarşı inamsızlıq artmaqda davam edir. Fransız qoşunları son vaxtlar Mali, Burkino-Faso kimi ölkələrdən geri çəkilib.
Afrikada Fransanın payı kəskin şəkildə azalır, Çin, Türkiyə, Rusiya və Hindistanın qitədə təsiri getdikcə artır.
Paris