Fransa hökuməti turizm sektorunun dirçəlməsinə 18 milyard avro yardım edəcək
Paris, 14 may, AZƏRTAC
Fransızlar iyul və avqust aylarında tətilə gedə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Baş Naziri Eduard Filip turizmə yardımla bağlı hökumət planını təqdim edərkən deyib.
Baş Nazir bildirib ki, ölkədə otellərin 95 faizi bağlıdır. Qeyd edib ki, Fransa tarixində ilk dəfə hökumət turizm sektorunun inkişafına 18 milyard avro yardım planı hazırlayıb. E. Filip iyunun 2-dən restoran və kafeteriyaların açılmasını da arzulayıb.
Qeyd edək ki, Fransanın təcridolma rejimindən tədricən çıxmağının 4-cü günüdür.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]