MƏDƏNİYYƏT
Fransa mətbuatında Azərbaycan cazından yazılıb
Paris, 2 mart, AZƏRTAC
Fransanın www.francemusique.fr portalında “Caz mədəniyyəti: Azərbaycan cazı” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, İRS jurnalının 10-cu nömrəsində Ülkər Müllerin “Azərbaycan cazı transsendentlik və universallıq arasında” məqaləsindən ruhlanan müəllif ölkəmizdə 1939-cu ildə Tofiq Quliyev tərəfindən ilk Milli Caz Orkestrinin yaranmasından söz açıb. 1960-1970-ci illərdə Vaqif Mustafazadə və Rafiq Babayevin fəaliyyəti sayəsində Bakının keçmiş SSRİ məkanında əsas caz mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycan caz musiqiçilərindən bəhs olunan məqalədə 2000-ci ildə yeni musiqiçi nəslinin yaranmasından yazılıb. Montrö Caz Festivalının 19 yaşlı gənc qalibi, pianoçu İsfar Sarabskidən söz açan müəllif Fransada Azərbaycan etno-caz janrına daha çox marağın olduğunu vurğulayıb. Şahin Növrəslinin Fransa səhnəsində müvəffəqiyyətlərini qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris