Fransa nüvə silahlarının yayılmamasına beynəlxalq nəzarətin gücləndirilməsini tələb edib
Paris, 28 aprel, AZƏRTAC
“Nüvə silahlarının yayılmaması haqqında” Müqavilənin nəzərdən keçirildiyi konfransın açılışında Fransanın xarici işlər naziri Jan-Noel Barrot ciddi xəbərdarlıqla çıxış edib.
AZƏRTAC xəbər verir ki, o, Rusiyanın nüvə çəkindiriciliyinin müdafiəçi mahiyyətini sarsıdan siyasət yürütdüyünü bildirib və rəsmi Moskvanı mövqeyini dəyişdirməyə çağırıb.
Nazir, həmçinin Çin tərəfdən strateji gücün artması fonunda daha çox şəffaflıq tələb edib.
O, eyni zamanda vurğulayıb ki, İran son illərdə müəyyən edilmiş bütün “qırmızı xət”ləri keçib. “İran nüvə silahından tamamilə imtina etməli və beynəlxalq öhdəliklərə riayət olunmalıdır”, - deyə o diqqətə çatdırıb.
Jan-Noel Barrot, eyni zamanda, Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nüvə və ballistik proqramlarını “tam, yoxlanıla bilən və geridönməz şəkildə” dayandırmağa çağırıb.
Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarət mexanizmlərinin effektivliyini təmin etmək üçün imkanlarının artırılmasının vacib olduğunu deyib, nüvə silahlarının yayılmamasına beynəlxalq nəzarətin gücləndirilməsini tələb edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]