Fransa polisi Marsel-Lion oyunu ərəfəsindəki iğtişaşlardan sonra 9 nəfəri saxlayıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Fransa polisi “Marsel” və “Lion” futbol matçının ləğvinə səbəb olan iğtişaşların doqquz mümkün iştirakçısını saxlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen deyib.
“İğtişaşlar zamanı beş polis əməkdaşı xəsarət alıb, doqquz fəal isə saxlanılıb”, - deyə Jerald Darmanen bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları iğtişaşlarda iştirak edən digər şəxsləri məsuliyyətə cəlb etmək üçün küçələrə quraşdırılan müşahidə kameralarındakı kadrları araşdırmağa davam edir. Nazir, həmçinin azarkeşlərə nəzarət məsələsində klubların daha aktiv iştirakını vacib sayır.
Xatırladaq ki, oktyabrın 29-da Fransa futbol çempionatının növbəti oyunu öncəsi “Marsel” klubunun azarkeşləri “Lion” komandasının oyunçuları və məşqçilərinin olduğu avtobusu daşa basıb. Nəticədə “Lion”un baş məşqçisi Fabio Qrosso üzündən zədə alıb. İğtişaşlar fonunda oyun təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]