Fransada doğum səviyyəsi minimum həddə düşüb
Bakı, 13 yanvar, AZƏRTAC
2025-ci ildə Fransada doğum səviyyəsi 1944-cü ildən bəri ən aşağı göstəriciyə düşüb.
AZƏRTAC xəbər verir ki, Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumatına görə, 2025-ci ildə ölkədə 654 min uşaq doğulub. Bu, 2024-cü illə müqayisədə 2,1 faiz, doğum səviyyəsinin ən yüksək olduğu 2010-cu illə müqayisədə isə 24 faiz azdır.
Hesabatda bildirilir ki, doğum əmsalı azalmağa davam edir: 2024-cü ildə hər qadına 1,61 uşaq düşdüyü halda, 2025-ci ildə bu göstərici 1,56-ya enib. Bu, Birinci Dünya müharibəsinin sonundan bəri qeydə alınan ən aşağı səviyyədir.
INSEE qeyd edir ki, 2025-ci ildə ölənlərin sayı yeni doğulanların sayını ötüb və 651 min nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 1,5 faiz çoxdur. TASS agentliyi yazır ki, hesabat müəlliflərinin fikrincə, ölüm səviyyəsinin artması, xüsusən 2025-ci ilin əvvəlində müşahidə olunan qış qrip epidemiyası ilə əlaqədardır.
Bununla belə, respublikada əhalinin ümumi sayı artaraq 69,1 milyon nəfərə çatıb. 2024-cü ildə bu göstərici 68,6 milyon nəfər olub. Orta ömür uzunluğu qadınlar üçün 85,9 il, kişilər üçün isə 80,3 il təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]