FRANSADA NÜVƏ STANSİYASINDA YANĞIN BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Dom departamentindəki Trikasni nüvə stansiyasında yanğın baş vermişdir. Yanğına reaktorların birində köhnəlmiş hissəni yenisi ilə əvəz etmək istəyən fəhlənin səhlənkarlığı səbəb olmuşdur.
Yanğın zamanı stansiyadakı bütün işçilər dərhal ərazini tərk etmişlər.
Hadisə yerinə gəlmiş yanğınsöndürənlərin bütün cəhdlərinə baxmayaraq, hələlik yanğını söndürmək mümkün olmamışdır.
Xatırladaq ki, yayın əvvəlində Trikasni nüvə stansiyasında bir neçə dəfə yanğın baş vermişdir. İyulun 7-də və 24-də stansiyada uranın sızması qeydə alınmışdır. Həmin vaxtlar stansiyada çalışan bəzi fəhlələr yüngül şüalanmaya məruz qalmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]