Fransada tədbir zamanı səsləndirilən irqçi şüarlarla bağlı araşdırma başlanıb
Paris, 30 iyul, AZƏRTAC
Fransanın En departamentinin prefekti Lui-Ksavye Tirod Marboz şəhərində keçirilən bayram tədbiri zamanı səsləndirilən irqçi şüarlarla bağlı məhkəməyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, araşdırmaya səbəb iyulun 25-də keçirilən tədbir zamanı çəkilmiş və sosial şəbəkələrdə geniş yayılan videodur.
Görüntülərdə ənənəvi bayram geyimində olan bir qrup gəncin əlində pivə ilə dəfələrlə ərəbmənşəli insanlara qarşı işlədilən irqçi təhqir ifadəsini səsləndirdiyi görünür.
X platformasında yayılan video qısa müddətdə milyonlarla baxış toplayaraq, ictimaiyyətin ciddi reaksiyasına səbəb olub.
Prefekt Lui-Ksavye Tirod bu ifadələri qətiyyətlə pisləyərək bildirib ki, bu cür şüarların nə bayramla, nə Marboz feriası ilə, nə də En departamenti ilə heç bir əlaqəsi yoxdur. O, dərhal məhkəmə orqanlarına müraciət edib.
Marboz bələdiyyəsi də bəyanat yayaraq, irqçi şüarları qəbuledilməz adlandırıb. İlkin məlumata görə, həmin çağırışlar rəsmi tədbirlərdən kənarda səsləndirilib və bayramın təşkilatçıları ilə əlaqəsi olmayıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin iştirakçılarını müəyyənləşdirmək və faktlara hüquqi qiymət vermək üçün araşdırmaları davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]