Fransanın Burqony-Franş-Komte regionunda təhsil sahəsində 1700 iş yeri ləğv edilir
Paris, 5 may, AZƏRTAC
Fransanın Burqony-Franş-Komte regionunda 2026-cı il üçün dövlət tərəfindən ayrılan büdcənin azalması səbəbindən təhsil sahəsində 1700 iş yeri ləğv ediləcək.
AZƏRTAC xəbər verir ki, regionun rəhbəri Jerom Dürən “ICI Bourgogne” radiosuna verdiyi müsahibədə bu iş yerlərini maliyyələşdirmək imkanına malik olmadıqlarını bildirib. Bölgə rəhbərinin sözlərinə görə, regional büdcədə artıq çoxlu ehtiyat yoxdur və bölgə rəhbərliyi hansı sahələrə qənaət olunacağını müəyyən etməlidir. Bu səbəbdən təhsil sahəsində 1700 iş yeri ləğv olunacaq. Dəstək daha çox tələbat olan kənd təsərrüfatı, mehmanxana, restoran, sənaye və sənətkarlıq kimi sahələrə yönəldiləcək. Bununla yanaşı, məktəb nəqliyyatı pulsuz olacaq və məktəb yeməklərinin üstünlük verilmiş tarifi saxlanılacaq. Bölgə rəhbəri açıqlayıb ki, liseylərdə bir nahar yeməyi 10 avroya başa gəlir, lakin şagirdlər maksimum 5 avro, orta hesabla isə 3,69 avro ödəyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]