Fransanın milli bayramı – Bastiliyanın alınması günü qeyd edilir
Paris, 14 iyul, AZƏRTAC
Paris Olimpiya Oyunları ilə əlaqədar 2024-cü ildə təxirə salınmış Fransanın milli bayramı - Bastiliyanın alınması günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bayram günündə Parisin Yelisey çöllərində ənənəvi parad keçirilir, digər şəhərlərdə isə konsertlər və atəşfəşanlıq təşkil ediləcək.
Bayram günündə hüquq-mühafizə orqanlarının 11 min əməkdaşı asayişi qoruyur. Məlumata görə, tədbir ərəfəsində əhalidən 2 mindən çox pirotexniki vasitələr müsadirə olunub.
Fransa və İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi münasibətilə İndoneziya Prezidenti Prabovo Subianto bayram şənliyinin fəxri qonağıdır.
Paradda 5 min 600 piyada olmaqla, 7 min hərbçi, eləcə də, 65 təyyarə və digər hərbi vasitələr iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]