Fransanın qərb sahillərinə şiddətli qasırğa yaxınlaşır
Bakı, 31 oktyabr, AZƏRTAC
Atlantik okeanda formalaşan “Kiran” qasırğası Fransanın qərb sahillərinə yaxınlaşır.
AZƏRTAC Fransa meteorologiya xidmətlərinin məlumatına istinadla xəbər verir ki, bu gün axşam saatlarında sahilyanı rayonlara çatması gözlənilən qasırğanın mərkəzində küləyin sürəti saatda 150 kilometrə, dalğaların hündürlüyü isə 10 metrə çata bilər.
Hakimiyyət orqanları Atlantik okeanı və La-Manş boğazı sahillərində yerləşən rayonlarda daşqın riski barədə xəbərdarlıq edib. Əlverişsiz hava şəraitinin ən çox Bretan, Normandiya, O-de-Frans bölgələrinə, həmçinin ölkənin mərkəzi hissələrinə, o cümlədən Paris regionuna təsir edəcəyi proqnozlaşdırılır.
Sinoptiklərin məlumatına görə, Fransanın bəzi rayonlarında güclü külək və leysan yağışları noyabrın 2-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]