Frensis Qarri: Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın əqli mülkiyyət siyasətini yüksək qiymətləndirir
Bakı, 5 iyun, G.Mahmudlu, AZƏRTAC
Əqli mülkiyyət ölkə prezidenti tərəfindən müəyyənləşdirilən milli strateji hədəflərə töhfə verən yoldur. İqtisadiyyatın şaxələndirilməsi xüsusilə əqli mülkiyyətin qorunmasında rəqabət qabiliyyətini artırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilən konfransda iştirak edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) direktoru Frensis Qarri deyib.
“Azərbaycan innovasiya üzrə işlərini davam etdirir. ÜƏMT ölkənizin əqli mülkiyyət sahəsində yürütdüyü siyasəti və təşkilata verdiyi dəstəyi yüksək qiymətləndirir. Azərbaycanla əməkdaşlıqdan qürur duyuruq və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var”, - deyə F.Qarri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]