Futbol üzrə Azərbaycan millisi "Bakı-2017"nin qalibi olub
Bakı, 21 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, final oyununda Oman millisini 2:1 hesabı ilə məğlub edən Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.
Yarışın bürünc medallarına Əlcəzair millisi layiq görülüb.