FUTBOL ÜZRƏ ÇEMPİONLAR LİQASI TURNİRİNİN 1 FİNAL MƏRHƏLƏSİNİN OYUNLARI
Ən maraqlı, gərgin mübarizə “Lion”-“Milan” və “Arsenal”-“Yuventus” oyunlarında gözlənilir. 2005-ci il Fransa çempionatının qalibi “Lion”, builki ölkə birinciliyinin də yeganə, şəksiz lideridir. Lakin “Milan” da Çempionlar liqasının 18 mərhələsində Almaniyanın yeganə super klubu “Bavariya” üzərində inamlı qələbəsindən (1:1, 4:1) sonra, İtaliya çempionatının lideri “Yuventus”a qonaq meydançasında – Turində layiqli müqavimət göstərərək uduzmamış (0:0) və turnir cədvəlində ikinci yeri əldə saxlamışdır. Bərabər səviyyəli komandaların mübarizəsində ikinci oyunun harada keçirilməsinin əhəmiyyətini, həm də italyanların heyətində güclü futbolçuların daha çox olduğunu (Şevçenko, Kaka, Nesta, Pirlo, Cilardino, İnzagi və s.) nəzərə alsaq, “Milan”ın 1 mərhələsinə çıxması daha realdır.
“Arsenal”-“Yuventus” cütlüyündə də üstünlük italyanlardadır. “Yuventus” təcrübəli, nəyə qadir olduqlarını bilən oyunçulardan ibarət komandadır. İngilislərin əvvəlki mərhələdə məşhur “Real”a (İspaniya) qalib gəlməsinə (1:0, 0:0) baxmayaraq, keçənilki İtaliya çempionu və hazırkı liderin qalib gəlmək ehtimalı güclüdür.
“İnter”-“Vilyarreal” və “Benfika”-“Barselona” görüşlərindən sonra isə “İnter”in və “Barselona”nın yarımfinala çıxmaq imkanı böyükdür. Hər halda, mütəxəssislərin fikrincə, 1 finalda “Barselona”-“Milan” və “Yuventus”-“İnter” oyunlarının keçirilməsi gözlənilir.