Azərbaycan Dövlət İnformasiya Agentliyi

Futbol üzrə dünya çempionatının rekordları

Futbol üzrə dünya çempionatının rekordları

Bakı, 14 iyun, AZƏRTAC

Dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatı Beynəlxalq Futbol Federasiyasının (Federation Internationale de Football Association, FIFA) himayəsi altında təşkil olunur. İndiyədək 20 dünya birinciliyi baş tutub. Bu il isə sayca 21-ci olan turnir iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

AZƏRTAC milli komandalar arasında keçirilən dünya birinciliyində qeydə alınan bəzi rekordları təqdim edir.

Çempion titullarının sayına görə rekord Braziliya yığmasına məxsusdur. O, beş dəfə (1958, 1962, 1970, 1994, 2002) turnirin qalibi olub. Braziliya millisi, həmçinin istisnasız olaraq dünya çempionatının bütün final mərhələlərində iştirak edən yeganə komandadır.

Tarixdə komandalar cəmi iki dəfə çempion titulunu qorumağa müvəffəq olub: İtaliya (1934, 1938) və Braziliya (1958, 1962) turniri ardıcıl olaraq iki dəfə qələbə ilə başa vura biliblər. İndiyə qədər heç bir komanda ardıcıl olaraq üç dəfə dünya çempionu ola bilməyib. İkinci dünya müharibəsi ilə əlaqədar 1942-ci ildə və 1946-cı ildə turnir keçirilmədiyi üçün İtaliya yığması dünya çempionu adını 16 il özündə saxlayıb.

Dünya kubokunun finallarında ən çox məğlubiyyətə Almaniya millisi uğrayıb - 4 dəfə. Çempion ola bilməyən komandalar arasında isə bu göstəriciyə görə Niderland liderlik edir - 3 final.

Dünya çempionatlarında ən çox oyun keçirən komanda Almaniya (106 oyun), ən az oyun keçirən komanda isə 1938-ci il çempionatında cəmi bir dəfə Niderland Ost-Hindistanı adı ilə çıxış edən İndoneziyadır. Ən çox qələbə Braziliya komandasına (70 qələbə), ən çox məğlubiyyət isə Meksika komandasına məxsusdur (24 məğlubiyyət).

İndiyədək keçirilən 20 finalın yalnız ikisində çempion penalti seriyası ilə müəyyənləşib. Bu aqibəti ən çox - iki dəfə yaşayan komanda İtaliya millisidir. İtalyanlar 1994-cü ildə penalti seriyasında Braziliya millisinə 1:3 hesabı ilə uduzub (əsas və əlavə vaxt - 0:0), 2006-cı ildə isə Fransaya 5:3 hesabı ilə qalib gəliblər (əsas və əlavə vaxt - 1:1).

Bir turnir ərzində ən çox qolu 1954-cü ildə Macarıstan yığması vurub - 27 qol. İsveçrə millisi 2006-cı il dünya çempionatında qol buraxmayaraq rekorda imza atıb və 1/8 finalda penalti seriyasında məğlubiyyətə uğrayıb.

Dünya birinciliyində ən uzun sürən qolsuz seriya İtaliya komandasına və onun qapıçısı Valter Dzenqeyə məxsusdur (1990-cı il turnirində 517 dəqiqə). Bir turnir ərzində ən çox qolu Koreya Respublikası 1954-cü ildə buraxıb - iki oyunda 16 qol.

Dünya çempionatında iştirak edən ən titullu oyunçu Pele 3 dəfə turnirin qalibi olub (1958, 1962, 1970).

Meksikalı Antonio Karbahal və almaniyalı Lotar Matteus 5 dünya çempionatında iştirak edən yeganə futbolçulardır. 2018-ci ildə onlarla indiyə qədər 4 turnirdə və DÇ-2018-in seçmə mərhələsində iştirak edən meksikalı Rafael Markes yarışa bilər. Lotar Matteus dünya birinciliyində ən çox oyun keçirən futbolçu kimi rekorda imza atıb - 25 oyun.

Dünya çempionatının final mərhələsində oynayan ən cavan futbolçu Şimali İrlandiya yığmasının üzvə Norman Uaytsayddır. 1982-ci ildə o, 17 yaş 41 günündə meydançaya çıxmışdı. Turnirin ən yaşlı iştirakçısı - kamerunlu Roje Milla 1994-cü ildə 42 yaş 39 günündə Rusiyaya qarşı oyuna çıxıb və qol vura bilib. Dünya çempionatında ən gənc qol müəllifi braziliyalı Peledir, o, 1958-ci ildə 17 yaş 239 günündə Uels yığmasının qapısına yol tapa bilib.

Turnirin final mərhələsinin ən məhsuldar bombardiri Almaniya millisinin hücumçusu Miroslav Kloze 2002-2014-cü illər ərzində rəqib qapılarından 16 qol keçirib. Bir çempionatda vurulan qolların sayına görə isə fransalı Jüst Fonten liderlik edir: 1958-ci il, 13 qol. Rusiya yığmasının hücumçusu Oleq Salenko isə bir oyunda vurulan qolların sayına görə rekordu özündə saxlayır. 1994-cü ildə o, Kamerun komandasının qapısına 5 top vurub. İngiltərəli Ceffri Herst isə dünya birinciliyinin final mərhələsində het-trik edən yeganə futbolçudur (1966).

Mundialın tarixində ən erkən qol Türkiyə millisinin hücumçusu Hakan Şükür tərəfindən vurulub. O, 2002-ci ildə Koreya Respublikası ilə oyunun 11-ci saniyəsində rəqib qapısından qol keçirib.

Bir oyunda komandaların biri tərəfindən vurulan ən çox qol rekordu Macarıstana aiddir. Macarlar 1982-ci ildə Salvador millisini 10:1 hesabı ilə məğlub ediblər. Ən məhsuldar oyun isə 1954-cü ildə Avstriya ilə İsveçrə arasında qeydə alınıb. Həmin oyun avstriyalıların 7:5 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərəli Piter Şilton və fransalı Fabyen Bartez çempionatların 10 oyununda qapılarını toxunulmaz saxlayıblar. Meksika və Səudiyyə Ərəbistanı komandalarının qapıçıları Antonio Karbahal və Məhəmməd əd-Deayya dünya birinciliyində ən çox qol buraxan futbolçulardır - hərəyə 25 qol.

Komandasına iki dəfə çempionluq qazandıran yeganə məşqçi italiyalı Vittorio Pottsodur (1934, 1938). Dünya çempionatlarına baş məşqçi kimi ən çox qatılan almaniyalı Helmut Şön 25 oyunda komandasına rəhbərlik edib.

Braziliyalı Mario Zaqallo müxtəlif statuslarda dünya çempionatını 4 dəfə qazanıb: iki dəfə oyunçu, bir dəfə baş məşqçi və bir dəfə məşqçi köməkçisi kimi. Turnirdə həm oyunçu, həm də məşqçi kimi qələbə qazanan digər futbolçu isə almaniyalı Frans Bekkenbauerdir.

1954-cü ildə İsveçrədə keçirilən dünya çempionatı ən məhsuldar turnir kimi tarixə düşüb. O zaman hər oyunda orta hesabla 5,38 qol vurulub. 1990-cı ildə İtaliyada baş tutan turnir isə əksinə, qolların azlığına görə rekorda imza atıb - hər oyunda 2,21 qol.

Meydançada oyunların ən çox orta izlənmə rekordu 1994-cü ildə ABŞ-da keçirilən çempionata aiddir: hər oyuna 68 min 991 tamaşaçı. Bir oyunda ən çox tamaşaçı sayı isə 1950-ci ildə Braziliya və Uruqvay arasındakı oyunda qeydə alınıb. O zaman turnirin finalına tamaşa etmək üçün Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionuna 200 min azarkeş toplaşmışdı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq