REGİONLAR
Füzuli rayonunda Polis Günü qeyd edilib
![](/files/galleryphoto/2024/2/1200x630/17199209151928712174_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199209156164924623_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719920915435049002_1200x630.jpg)
Füzuli, 2 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Azərbaycan polisi” adlı videoçarx izlənilib.
Çıxış edənlər 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə polisləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilməsindən danışılıb. Həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının davamlı inkişafda olmasından bəhs edilib.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.