Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli rayonunun Böyük Bəhmənli kəndində Tibb Mərkəzi açılmışdır

Füzuli rayonunun Böyük Bəhmənli kəndində Tibb Mərkəzi açılmışdır

Bakı, 12 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 11-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışında iştirak etmişlər.

Dövlətimizin başçısı əvvəlcə tibb işçiləri ilə görüşdü.

Prezident İlham Əliyev mərkəzin kollektivinə müraciətlə dedi:

-Sizi təbrik edirəm. Gözəl tibb mərkəzi yaradılıb. İki il bundan əvvəl burada tikinti ilə tanış olmuşdum. Bu gün artıq hazırdır. Bu gözəl, yaraşıqlı, geniş tibb mərkəzinin çox böyük əhəmiyyəti vardır. Siz tibb işçiləri bunu yaxşı bilirsiniz. İnsanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün belə mərkəzlər mütləq lazımdır. Bilirsiniz ki, indi müxtəlif bölgələrdə diaqnostika, müalicə mərkəzləri tikilir. Mən çox istəyirdim ki, Füzulidə də belə gözəl, müasir mərkəz tikilsin. Bu, çox vacibdir. Burada yaşayanlar üçün vacibdir. Bütün Azərbaycanımız üçün lazımdır.

Mən qeyd etmişdim ki, buralar hamısı işğal altında idi. Ermənilər bu bölgələri zəbt etmişdilər. Sonra Azərbaycan Ordusu bu torpaqları azad etdi, yenidənqurma-bərpa işləri başlandı. Birinci mərhələdə əlbəttə ki, maliyyə çətinliklərimiz var idi, imkanlarımız o qədər də geniş deyildi. Amma nəyimiz var idi Azərbaycan dövləti sərf edirdi ki, burada bərpa işləri getsin. Ancaq indiki şəraitdə ki, maliyyə imkanlarımız vardır, biz bu işləri mütləq görməliyik və gördük.

İşğaldan əvvəl Füzulidə belə gözəl xəstəxana olmamışdır, belə gözəl idman kompleksi, yaxud da ki bu gün açdığım muğam evi ümumiyyətlə yox idi. Bütün bunlar memarlıq əsərləridir. Mən bilirəm, keçən dəfə də burada tikinti ilə tanış olarkən də, bu gün də məlumat verildi, indi baxacağam, burada ən qabaqcıl avadanlıq quraşdırılıb. İnkişaf etmiş ölkələrin əsas şəhərlərində hansı avadanlıq varsa, burada da vardır. Burada doğum şöbəsi də, dializ də vardır. Böyrək çatışmazlığından əziyyət çəkənlər hara getməli idilər? Ya başqa şəhərlərə, ya da ki, ümumiyyətlə müalicəsiz qalırdılar. İndi burada müalicə olunacaqlar. Lap bir nəfər olsa belə, onun üçün biz burada şərait yaratmalıyıq. Çünki bu, indi elə xəstəlikdir ki, bunun müalicəsi vardır. Elə xəstəliklər var ki, həkimlər əlacsız qalırlar, amma elə xəstəliklər də var ki, müalicə oluna bilər. Sadəcə olaraq ya dərman yox idi, ya da avadanlıq. İndi hər şey vardır.

Burada doğum şöbəsinin yaradılması da çox vacibdir. Azərbaycanda ümumiyyətlə uşaq ölümünün səviyyəsi aşağı düşür. Bu, həmişə bizim üçün böyük problem idi. Veteran həkimlər bilirlər, sovet ittifaqı zamanında həmişə bu göstərici əfsuslar olsun ki, Azərbaycanda yüksək idi. Amma indi şərait yaradılır, həm maarifləndirmə işləri aparılır, doğum şöbələri, müasir avadanlıq, həkimlərin təcrübəsi. Bizim üçün böyük dərəcədə çox ağır olan bu problem indi öz həllini tapıbdır. Yəni, burada bütün şərait vardır. O ki qaldı həkimlərə, tibb işçilərinə gərək xəstələrə yaxşı baxsınlar. Əminəm ki, belə də olacaqdır. Belə gözəl şəraitdə işləmək xoşdur. Mərkəzin xarici görünüşü də çox gözəldir.

SAKİN: Sizin rayonumuza hər bir gəlişiniz bizim üçün bayram olur, yenilik olur.

Prezident İlham ƏLİYEV:

-Misal üçün, bu gün mən üç gözəl açılışda iştirak edirəm - bu gözəl xəstəxana, muğam evi, idman kompleksi. Bu obyektlər ictimai, sosial, mədəni xarakter daşıyır. Bu obyektlərin tikilməsinə qoyulan sərmayə iqtisadiyyata qoyulan sərmayə deyil ki, sabah biz buradan gəlir gözləyək. Yox, qoyulan bu sərmayə əslində gələcəkdə əlavə vəsait tələb edəcəkdir. Çünki burada müalicə pulsuz olacaq və Füzuli rayon sakinləri bunu bilməlidirlər, gəlməlidirlər, diaqnostikadan keçməlidirlər. Hər bir vətəndaş, mən bir də deyirəm,- mən bunu demək olar ki, hər dəfə xəstəxanaların açılışlarında qeyd edirəm, amma bu, elə məsələdir ki, bunu nə qədər çox təkrarlasan, bir o qədər də yaxşıdır, - hər bir vətəndaş ildə bir dəfə gəlməlidir bu müalicə mərkəzlərinə, pulsuz müayinədən keçməlidir və bilməlidir onun sağlıq vəziyyəti necədir, harada nə etmək lazımdır, hansı müalicə almalıdır? Bax, bura əlbəttə ki, pulsuz olacaq, ona görə, əlavə vəsait tələb edir. İdman kompleksi də, Muğam Mərkəzi də gəlirlə işləməyəcək, orada nə gəlir ola bilər?! Sadəcə olaraq, yerli uşaqlar, gənclər üçün şərait yaratmışıq. Yəni, bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır və Azərbaycan dövləti burada heç bir iqtisadi maraq güdmür. Misal üçün, yollardır, fabriklər, zavodlardır, əlbəttə, onlar qoyulan investisiyaları nə vaxtsa qaytaracaqdır. Bunlar isə yox, bu, sırf sosial xarakter daşıyan işlərdir. Bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları hər yerdə, hər bir bölgədə bax belə gözəl imkanlardan istifadə etsinlər. Azərbaycan vətəndaşları buna layiqdirlər. Dünyanın ən yaxşı təcrübəsi burada olmalıdır, buraya gətirilməlidir. İndi biz buna nail oluruq. Sizi bir daha təbrik edirəm, uğurlar arzulayıram.

SAKİN: Gün o gün olsun Sizi Mehriban xanımla birlikdə Füzuli şəhərində qarşılayaq.

Prezident İlham ƏLİYEV: Bəli, o gün də gələcəkdir. Füzuli şəhərində bundan da gözəl xəstəxanalar, binalar tikiləcəkdir. Artıq Horadiz şəhərinin abadlaşması hamımız üçün bir nümunədir. Çünki bu onu göstərir ki, işğaldan azad olunan ərazilərdə belə gözəl şərait yaratmaq mümkündür. Bunu biz etmişik, Azərbaycan xalqı Azərbaycan dövlətinin imkanları hesabına edib. Bu, onu göstərir ki, bu gün işğal altında qalan torpaqlarımız azad olunandan sonra orada da belə, daha da gözəl şərait yaradılacaqdır. Biz Füzuli şəhərini də mütləq bərpa edəcəyik,.

SAKİN: İnşaallah, Sizin rəhbərliyiniz altında.

Prezident İlham ƏLİYEV: Sizi bir də təbrik edirəm.

X X X

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, tibb mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanmışdır. Mərkəz 1,5 hektar ərazidə yerləşir. Birinci mərtəbədə doğum, qəbul, hemodializ və şüa-diaqnostika şöbələri yerləşir. İkinci mərtəbədə konsultativ diaqnostik poliklinika şöbəsi, inzibati və stasionar cərrahi şöbələr, əməliyyatların gedişini canlı izləmək üçün lazımi avadanlıqla təchiz edilmiş akt zalı, laboratoriya, üçüncü mərtəbədə üç əməliyyat bloku, anesteziologiya və reanimasiya şöbəsi, intensiv terapiya palataları və reanimasiya zalı vardır. Tibb mərkəzində kompyuter tomoqrafiyası, rentgen, USM, oftalmologiya və stomatologiya otaqları fəaliyyət göstərir. Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin vaxtında buraya çatdırılması üçün 2 vertolyot meydançası, habelə yeməkxana, qazanxana, camaşırxana, elektrik yarımstansiyası, mərkəzə ezam olunan həkimlər üçün iki yaşayış binası da inşa olunmuşdur.

Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığında, magistral yolun kənarında inşa olunmuş mərkəzin xidmətlərindən ətraf kəndlərin sakinləri də istifadə edəcəklər.

X X X

Bununla da Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri başa çatmışdır.

######

 

 
 
 
 
 
 
 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO