“Gallup”: ABŞ-da respondentlərin 26 faizi iqtisadiyyatı ən ciddi problem hesab edir
Vaşinqton, 23 noyabr, AZƏRTAC
“Gallup”ın apardığı ictimai sorğunun nəticələrinə görə, iqtisadi problemləri ölkənin başlıca problemi hesab edən amerikalıların sayı koronavirus pandemiyası başlanandan bəri ən yüksək həddə çatıb.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə müvafiq olaraq, amerikalıların 26 faizi işsizlik və inflyasiya kimi iqtisadi problemləri başlıca prioritet hesab edir.
İqtisadiyyatın vəziyyətindən narahat olan amerikalıların faiz sayı 2017-ci ildən bəri bütövlükdə ikirəqəmli göstəriciyə çatmasa da, yeni sorğunun nəticələrinə görə 10 faiz təşkil edib. İnflyasiya ilə bağlı narahatlıq 2001-ci ilin aprelindən bəri pik nöqtəyə çatıb: demokratların bir faizi, respublikaçıların isə 11 faizi bunu amerikalıların qarşılaşdığı əsas problem hesab edir. “Gallup”ın hesabatında deyilir: “Sonuncu dəfə - 1985-ci ilin mayında inflyasiya indiki vaxtdan daha çox xatırladılırdı. O vaxt bu göstərici 11 faiz təşkil edirdi”.
İnflyasiya ilə bağlı əndişəyə baxmayaraq, ABŞ-ın Ticarət Nazirliyi oktyabr üçün satışlar barədə özünün aylıq hesabatında qeyd edib ki, sentyabr-oktyabr aylarında pərakəndə satışlar 638,2 milyard dollar və ya 1,7 faiz artıb. Bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə 16,3 faiz çoxdur.
Yeni sorğu göstərib ki, respublikaçılar və Konqresin bitərəf üzvləri iqtisadiyyatla bağlı narahatlıqlarını demokratlarla müqayisədə demək olar iki dəfə artıq ifadə edirlər. “Gallup”ın sosioloqları qeyd ediblər ki, 2009-cu ildəki böyük böhran zamanı iqtisadi təhlükənin pik dövrü ilə müqayisədə son nəticələr hələ də aşağıdır. O vaxt amerikalıların 86 faizi maliyyə böhranını ölkənin başlıca problemi sayırdı.
AZƏRTAC-ın Vaşinqton bürosu