“Gazelli Group” şirkəti “YAŞAT” Fonduna vəsait köçürüb
Bakı, 12 fevral, AZƏRTAC
“Gazelli Group” 20 illik fəaliyyəti ərzində çoxsaylı sosial aksiyalar keçirməklə Korporativ Sosial Məsuliyyət (KSM) sahəsinə daim xüsusi diqqət ayırır.
Kişilər üçün “DASTAN” brendinin kosmetik məhsullarının satışından, eləcə də “Gazelli Art House Baku” qalereyasının “Evə aparan yol” adlı xeyriyyə sərgisindən əldə edilmiş 50 min AZN həcmində vəsait “YAŞAT” Fonduna köçürülüb.
Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin bombalanmasından sonra italiyalı fotoqraf Cordano Sotirio tərəfindən çəkilmiş fotoşəkillər də Prezident İlham Əliyevin Fərmanı ilə inşa edilməkdə olan Qələbə Muzeyinin fonduna təqdim olunub.
Fəaliyyətinin əsas prinsiplərindən biri cəmiyyətə fayda vermək olan “Gazelli Group” müharibə dövründə Azərbaycan Ordusunu da diqqətdən kənarda qoymayıb. Döyüşlərin davam etdiyi müddətdə holdinq Ordumuza qələbə qazandıran şanlı qəhrəmanları zəruri hərbi ləvazimatlardan ibarət bağlamalarla təmin edib. Gəncə şəhərində Ermənistanın törətdiyi terror aktı nəticəsində valideynlərini itirmiş uşaqlara və evləri dağılmış vətəndaşlara da xüsusi diqqət göstərilib.
Bu xeyriyyə tədbirlərinin məqsədi ölkəmizin vətəndaşları olaraq borcumuzu yerinə yetirmək, xalqımıza və dövlətimizə yardım və dəstək göstərmək, onların yanında olmaqdır. “Gazelli Group” şirkəti bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [23:25]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]