GƏNC RƏSSAMLARIN SƏRGİ-MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının və Gənclər, İdman və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr olunmüş sərgi-müsabiqə keçirilmişdir.
Sərgidə 130 gənc sənətçinin 200-dən artıq əl işi nümayiş etdirilir.
Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Gənclər, İdman və Turizm Nazirliyinin əməkdaşı Namiq Cəfərov və başqaları əlamətdar gün münasibətilə sərgi iştirakçılarını təbrik etdilər, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, vətənə layiq övlad kimi formalaşmaları üçün onlara yaradılan şəraitdən söz açdılar.
Qeyd olundu ki, bugünkü gənc fırça ustalarımız Azərbaycan rəssamlıq sənəti ənənələrini layiqincə davam etdirirlər.
Dörd nominasiya üzrə qaliblərə nazirliyin və Rəssamlar İttifaqının diplomları və pul mükafatları təqdim olundu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]