GƏNC UKRAYNA MÜĞƏNNİSİ “2005-Cİ İLİN QADINI” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, “Yeni dalğa-2005” Yurmala festivalının ulduzu, gənc Ukrayna mügənnisi Tina Karol martın 29-da fəxri diplom və “2005-ci ilin qadını” fəxri mükafatını almışdır. O, “Yeinstvennaya” jurnalının “İlin adamı” ümummilli proqramı çərçivəsində keçirdiyi sorğunun laureatı olmuşdur. Jurnalın baş redaktoru bildirmişdir ki, sorğuda iştirak edən 50 min oxucunun 40 faizi Tina Karola səs vermişdir.
Müğənni “Ukrayna” Milli sarayında “2005-ci ilin adamı” proqramı şənliyində iştirak edə bilmədiyi üçün mükafatı gec almışdır. Həmin vaxt o, “Avroviziya” mahnı müsabiqəsində çıxış etmək hüququ uğrunda mübarizə aparırdı. Müsabiqədə ölkəsini təmsil edəcək Tina qalib gələcəyinə ümüd bəsləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]