Gəncə Dövlət Universitetində tələbə-məlumat sistemi yaradılır
Gəncə, 5 aprel (AZƏRTAC). Gəncə Dövlət Universitetində tələbə-məlumat sistemi yaradılır.
Bu barədə universitetdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, sistemin qurulmasının əsas məqsədi universitetin tələbələri ilə bağlı bütün məlumatlar haqqında mərkəzləşdirilmiş baza yaratmaqdır. Burada hər bir tələbənin ev ünvanı, telefon və şəxsi iş nömrələri, dərsə davamiyyəti, semestr imtahanları, dərs prosesindəki fəallığı və digər məlumatlar yerləşdiriləcəkdir.
Sözügedən məlumatlar şifrə altında saxlanılacaqdır. Yalnız universitet rəhbərliyi və aidiyyətli insanlar bu məlumat sisteminə daxil olmaqla hər bir tələbə haqqında ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]