GƏNCƏ RABİTƏÇİLƏRİNİN UĞURU
Gəncə telekommunikasiya idarəsinin kollektivi üçüncü ildir ki, rabitə nazirliyinin və sahə həmkarlar ittifaqı respublika komitəsinin keçici bayrağına layiq görülmüşdür. Ötən şənbə günü bayrağın təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimdə “Aztelekom”un baş direktoru Nazim Cəfərov çıxış edərək respublika rabitəçilərinin, Gəncə telekommunikasiya idarəsinin son illər qazandıqları uğurlardan danışdı, bayrağı təntənəli surətdə kollektivin üzvlərinə təqdim etdi. “Rabitə dünyası” qəzetinin baş redaktoru Müşfiq Əliyev isə Gəncə telekommunikasiya idarəsinin rəisi Nəriman Salmanova “İlin rəisi” diplomunu verdi.
Sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Eyvaz Babayev, respublika ziyalılar cəmiyyətinin sədri, akademik Məmmədtağı Cəfərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Nizami Əhmədov, müharibə və əmək veteranı Yusif Yusifov və başqaları çıxış edərək, kollektivi qazandığı nailiyyət münasibətilə təbrik etdi, bundan sonrakı işlərində onlara uğurlar arzuladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:39]
Xaçmazın bir sıra yaşayış məntəqələrində elektrik təsərrüfatı yenilənir
- 03.06.2026 [23:26]
Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb
- 03.06.2026 [22:49]
Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
- 03.06.2026 [20:44]
Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb
- 03.06.2026 [20:10]
Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO
- 03.06.2026 [19:43]
Ağalıda məktəblilər veloyürüşə qoşulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]