GƏNCƏDƏ 1918-Cİ İLDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ MİLLİ ŞURASININ VƏ HÖKUMƏTİNİN YERLƏŞDİYİ BİNADA XATİRƏ LÖVHƏSİ AÇILMIŞDIR
Gəncə, 25 may (AZƏRTAC). Mayın 25-də Prezident İlham Əliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və hökumətinin yerləşdiyi binada - Azərbaycan Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı üzərində “Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstərib” sözləri yazılmış lövhənin üstündən örtüyü götürdü.
Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət olması ilk dəfə məhz bu binadan radioqram vasitəsilə bütün Avropa ölkələrinə elan edilmişdir.
######
![]() |
![]() |

