Gəncədə Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş konfrans keçirilmişdir
Gəncə, 17 may (AZƏRTAC). Gəncə Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş “Heydər Əliyev və Mustafa Kamal Atatürk” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbəsini əks etdirən videokadrların nümayişindən sonra konfrans öz işini davam etdirmişdir.
Universitetin professoru Həsənbala Sadıqovun və tarixçi-alin Pərviz Pişnamazzadənin Azərbaycanın ən çətin anlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirən Heydər Əliyevin xidmətlərindən, eləcə də onun müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu kimi uzaqgörən siyasətinin verdiyi bəhrələrdən bəhs edən məruzələri dinlənilmişdir.
Sonra Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Haluk Ağca, Gəncə Özəl Türk liseyinin direktoru Kənan Gözəl Mustafa Kamal Atatürkün Birinci dünya müharibəsindən sonra Türkiyənin parçalanmaq və dağılmaq təhlükəsindən xilas edilməsi istiqamətində gördüyü işlərdən söhbət açmışlar.
Gəncə Özəl Türk Liseyi şagirdlərinin ifasında türk dünyasının dahi şəxsiyyətləri Heydər Əliyev və Mustafa Kamal Atatürkə həsr olunmuş mahnılar səsləndirildikdən sonra hər iki dahi haqqında sənədli filmlər nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]