Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə, Bərdədə, Tərtərdə törədilən terror aktları tarixdə erməni vəhşiliyi kimi əbədi qalacaq

Gəncədə, Bərdədə, Tərtərdə törədilən terror aktları tarixdə erməni vəhşiliyi kimi əbədi qalacaq

Bakı, 11 oktyabr, AZƏRTAC

Tarixin müxtəlif illərində Azərbaycana qarşı soyqırımı törədən, deportasiya nəticəsində azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salan, törətdiyi cinayətlərə, vəhşiliklərə görə cavab vermək əvəzinə başına sığal çəkilən Ermənistanın 1988-ci ildə baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranan Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə dünyadan ədalətli həllini gözlədi. Baxmayaraq ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan torpağı olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da, bu sənədlər 27 il kağız üzərində qalıb saraldı. Səbəb dünya güclərinin ikili standartlara əsaslanan siyasətdən yaxa qurtara bilməməsi, qətnamələrin icrası prosesinə fərqli yanaşması idi. Münaqişənin davam etdiyi 30 ilə yaxın dövrdə Ermənistanın təcavüzünə “dur!” deyən “tapılmadı”. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, danışıqlarda beynəlxalq hüquq normalarına istinad edən Azərbaycandan fərqli olaraq Ermənistan ən həlledici məqamlarda müxtəlif bəhanələrlə əsas məsələdən yayınmağa çalışır və istəyinə də nail olurdu. Havadarlarının dəstəyi əsasında danışıqlara imitasiya naminə qatılan işğalçı dövlət vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərini raket atəşinə tutması bu istəklərini sübut etdi. Səbir kasası dolan Azərbaycan bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmirini alan Silahlı Qüvvələrimiz müharibənin başlandığı ilk andan zəfər müjdəsi ilə xalqımızı sevindirdi. Vətən müharibəsinin davam etdiyi 44 günün hər günü Azərbaycanın çoxəsrlik tarixinə qələbə səhifəsi kimi yazıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində ermənilər öz xislətlərinə xas olan terror əməllərini davam etdirdilər. Məğlubiyyətə düçar olan Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. Münaqişə bölgəsindən xeyli kənarda yerləşən ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların Əlavə protokollarına tamamilə zidd idi. Ermənilərin 44 günlük Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları Xocalı soyqırımının davamı kimi xarakterizə edilir. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmadı, yalnız döyüş meydanında düşmənin başını əzdi. Amma Ermənistanın dinc insanlarımıza qarşı törətdiyi bu müharibə cinayətləri millətin əzmini, iradəsini qıra bilmədi, əksinə bizi daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq milli həmrəylik və birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız tarixi Zəfərimizə doğru böyük inamla irəliləməkdə davam etdi. Dünyanın hansı ölkəsində yaşamasından, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bir yumruq kimi birləşdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nə qədər yenilməz, məğrur xalq olduğunu təsdiqlədi. Müharibənin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edildi. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak oldu, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Gəncədə baş verənlərlə hadisə yerində tanış olan Azərbaycandakı diplomatik korpusların rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri erməni vəhşiliyinin günahsız qurbanlarının yaşadıqları dəhşətləri öz gözləri ilə gördülər. Dövlətimizin başçısı xalqa müraciətində bu terror hadisələri ilə bağlı xüsusi vurğulayırdı ki, Ermənistanın günahsız insanları və mülki obyektləri raket hücumuna məruz qoyması müharibə cinayətidir və bunun üçün cavab verilməlidir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncə ilə yanaşı, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimiz də Ermənistan tərəfindən intensiv atəşə məruz qaldı. Lakin öz Liderinə sonsuz inam bəsləyən Azərbaycan xalqı mətanəti, dönməzliyi ilə erməni vəhşiliyinə qalib gəldi. Xalqımız tam əmin idi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Milli Ordumuzun qətiyyəti ilə tezliklə işğal altında olan bütün ərazilərimiz azad ediləcəkdir. Nəticədə 44 gündə 30 ilin işğalına son qoyuldu. Tarixi ədalət bərpa olundu. Bu gün artıq soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimizin, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Gəncəyə səfəri zamanı həmin ərazidə Gəncə Memorial Kompleksinin təməlini qoydu. Erməni vandalizminin yaddaşlardan silinməməsi üçün belə bir kompleksin yaradılması mühüm addımdır. Gəncə Memorial Kompleksində erməni vəhşiliyini, terrorunu unutmamaq, gələcək nəsillərə çatdırmaq və bütün dünyaya nümayiş etdirmək üçün dağıdılmış binalar olduğu kimi qalacaq. Şübhəsiz atılan bu kimi addımlar dünyaya belə bir çağırışdır ki, ikili standartlara əsaslanan siyasətə son qoyub həqiqətlərə ədalətin gözü ilə baxmaq zamanıdır. Erməni vəhşiliklərini, təxribatlarını ört-basdır etmək üçün susmağa üstünlük vermək deyil, bu kimi terror aktlarının təşkilatçılarını və icraçılarını cəzalandırmaq üçün beynəlxalq hüquq çərçivəsində lazımi addımları atmaq gərəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olunub

Sauran Kaliyev: Süni intellekt kəndlərin inkişafında mühüm rol oynaya bilər

Keniya nümayəndəsi: WUF13-də şəhərsalma sahəsində qlobal təcrübələr paylaşılacaq

Ukrayna yerli istehsal olan ilk idarəolunan aviasiya bombası hazırlayıb

Renyiq Li: Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük

Sana Ullah Rattor: Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür

Azərbaycan Rusiyaya tərəvəz tədarükü üzrə lider mövqeyini qoruyub saxlayır

Bakı Mühəndislik Universiteti WUF13-də innovativ layihələrlə təmsil olunur

Türkiyənin 10 vilayətində “sarı” təhlükə səviyyəsi elan olunub

Kosmik hava proqnozu açıqlanıb

Aşil Nupeu: Azərbaycanın ətraf mühiti şəhərsalmaya effektiv şəkildə inteqrasiya olunur

“Ağıllı şəhər” konsepsiyası dayanıqlı inkişafda mühüm rol oynayır – Elene Maçaidze

Gürcüstan və Çin rəsmiləri Orta Dəhlizin potensialı barədə fikir mübadiləsi aparıblar

Esvatinidən olan nümayəndə: WUF13-də icmalarımızın necə inkişaf etdirilə biləcəyini daha dərindən öyrənirik

DND xəbər agentliyi: WUF13 Prezident İlham Əliyevin davamlı şəhərsalma siyasətini əks etdirir

Antonio Kampanyoli: WUF13 dayanıqlı şəhər inkişafında qlobal əməkdaşlığı gücləndirir

“Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” – yeni nəşr

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim edib

Özbəkistan universitetinin nümayəndələri AzTU-da olublar

Norveçdə otel və restoran işçilərinin tətili hava limanlarına da yayılıb

WUF13 iştirakçısı: İnnovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır VİDEO

WUF13 iştirakçısı: İnnovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır VİDEO

Belçika həbsxanalarında ifrat sıxlıq nəticəsində “humanitar fəlakət” yaranıb

HUDCO rəhbəri: Azərbaycan dayanıqlı inkişafda yüksək potensiala malikdir VİDEO

HUDCO rəhbəri: Azərbaycan dayanıqlı inkişafda yüksək potensiala malikdir VİDEO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev çıxış edib   FOTOLAR YENİLƏNƏCƏK

Nqa Kor Minq: Mən fəaliyyətimizin mahiyyətini ifadə edən bir Azərbaycan atalar sözündən ilham alıram

Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları - Dünya Təhsil Forumu

Ali Alomri: Bakıda gördüyümüz yanaşma və təcrübələri gələcək fəaliyyətimizdə tətbiq etməyə çalışacağıq VİDEO

Ali Alomri: Bakıda gördüyümüz yanaşma və təcrübələri gələcək fəaliyyətimizdə tətbiq etməyə çalışacağıq VİDEO

Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib

Sofiko Dvalişvili: WUF13-də əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür VİDEO

Sofiko Dvalişvili: WUF13-də əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür VİDEO

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib

Anaklaudia Rossbax: İndiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib

Nqa Kor Minq: WUF13-ün mövzusu bizi real addımlar atmağa yönəldən bir çağırışdır

Prezident İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir

BMT Baş Assambleyasının prezidenti: WUF13 mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün imkan yaradır

Nazir: Xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri biliklər ölkənin gələcəyi baxımından əhəmiyyət daşıyır

BMT-nin Baş katibi: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq

Portuqaliyalı memar: Dayanıqlı şəhərlər müasir dövrün ən mühüm çağırışlarından biridir

Azərbaycan Prezidenti: Ziyarətçilər Ağdamı Xirosimaya bənzədirlər

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

ANAMA: 57 mina və 378 digər partlayıcı sursat zərərsizləşdirilib

Saad Afis: WUF13 şəhərlərin dayanıqlı inkişafı üçün yeni ideyaların formalaşmasına imkan yaradır

Prezident: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük VİDEO

Prezident: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük VİDEO

Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq VİDEO

Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq VİDEO

WUF13: Azərbaycanın dünyaya memarlıq və şəhərsalma təqdimatı - TƏHLİL

Aziz Akobayev: Məskunlaşma problemi qarşılıqlı əməkdaşlıq yolu ilə aradan qaldırıla bilər

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

Azərbaycan Prezidenti: Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır

® “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib

Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk VİDEO

Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk VİDEO

Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik

Rut Nquqi: WUF13-də bir neçə təşkilatla səmərəli fikir mübadiləsi apardıq

WUF13-ün hindistanlı iştirakçısı: Şəhərlərin inklüziv və dayanıqlı inkişafı təcili xarakter daşıyır

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib

Azərbaycan Prezidenti: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq VİDEO

Azərbaycan Prezidenti: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq VİDEO

Gəncədə Xalq artisti Fəxrəddin Manafovla görüş

İran müharibəsi qlobal şirkətlərə 25 milyard dollara başa gəlib

İtaliyalı elmi koordinator: Şəhərsalma və mənzil siyasəti davamlı inkişaf məqsədlərinə çatmaqda mühüm əhəmiyyət kəsb edir

Piter Deon Anderson: Bakıya ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün gəlmişik VİDEO

Piter Deon Anderson: Bakıya ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün gəlmişik VİDEO

Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar VİDEO

Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar VİDEO

Qreys Çikumo Mtonqo: Şəhərlər daha dayanıqlı və inklüziv olmalıdır

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik VİDEO

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik VİDEO

“Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin növbəti sessiyası

Milli Observatoriya daha bir beynəlxalq sertifikata layiq görülüb

Nigeriyalı nazirlik rəsmisi: Bakı müasir şəhərsalma baxımından çox inkişaf edib

İordaniya Senatının üzvü: WUF13 ölkələr arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır

Gürcüstan parlamentinin sədri son 20 ildə ilk dəfə Çinə səfər edib

Alis Çarles: Azərbaycanın dayanıqlı şəhər inkişafı istiqamətində rolu getdikcə artır

Nazir Rəşad Nəbiyevin Xızıda nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişib

“Proyapı” şirkətinin rəsmisi: Azərbaycan COP29-dan sonra WUF13-ə də uğurla ev sahibliyi edir

Mohammad Abdul Aval: WUF13 gələcəyin dayanıqlı və rahat şəhərlərinin yaranmasına yanaşmaların formalaşmasına kömək edir

“Gəncə” voleybol klubu baş məşqçi ilə müqaviləni yeniləyib

Nepallı ekspert: Aztəminatlı ailələrin mənzil təminatı sahəsində maliyyə çatışmazlığı var

UN-Habitat-ın nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rola malik ola bilər

On illik dostluq – qardaşlıqdan müttəfiqliyə qədər

Qırğız nazir müavini: Yeni tip şəhərsalmada təcrübə mübadiləsi üçün WUF13 çox yaxşı platformadır

Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı

Uqanda nümayəndəsi: WUF13 faydalı platformadır

Azərbaycan Kamerunla yerli tikinti materiallarının istifadəsi sahəsində əməkdaşlıq qura bilər

Azərbaycan 35-ci Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur

Bado Başu: WUF13 şəhərsalma sahəsində əməkdaşlığı gücləndirir

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

Maka Boçorişvili: Bakı yüksəksəviyyəli konfransa ev sahibliyi edir

Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib

Bu saata olan əsas xəbərlər

Cənubi Koreyada məktəblilər Azərbaycanın multikulturalizm dəyərləri barədə məlumatlandırılıb

MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir

Bakıda sutka ərazində düşən yağıntının miqdarı aylıq normanın 589 faizini təşkil edib

WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA VİDEO

WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA VİDEO

WUF13: “Urban Expo” sərgisində Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı stend qurulub

WUF13-ün ikinci günü – FOTOLAR

Nigeriya Şəhərsalma İnstitutunun milli katibi: Urbanizasiya müasir inkişafın əsas istiqamətlərindən biridir

WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək

® “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: Diaqnostika və müalicəyə müasir yanaşmalar” - Simpozium

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir - ŞƏRH

Hindistan WUF13-də ev kreditləri sahəsində təcrübəsini dünya ilə bölüşmək istəyir

Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb VİDEO

Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb VİDEO

Esvatini nümayəndəsi: Şəhərlərin formalaşdırılması zamanı ekoloji davamlılığın təmin olunması vacibdir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 26 fevral tarixli 21050000071 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Cibutili nümayəndə: Əlilliyi olan şəxslər üçün şəhərlərdə bütün lazımi şərait yaradılmalıdır

Kamerunun nümayəndəsi: WUF13 dayanıqlı şəhərlərin qurulmasına töhfə verir