Gəncədə şəhidlərin xatirəsi anılır
Gəncə, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Sentyabrın 27-si səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Gəncə şəhərində də anım mərasimləri keçirilir, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə də şəhər rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, eləcə də şəhər sakinləri Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərin əziz xatirəsi böyük hörmətlə yad olunub.