Gənclər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir
Bakı, 23 fevral, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri birincilik uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, sərbəst güləşçilərin mübarizəsində Azər Əhmədov (57 kq), İntiqam Vəlizadə (61 kq), Vahid Əlizadə (65 kq), Əşrəf Aşurov (70 kq), Nəsib İsayev (74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mayılov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əliyev (97 kq) və İslam Abuyev (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.